Yenilik.Az
www.Yenilik.Az » Dünya » Baydenin "erməni soyqırımı" sözlərinə CAVAB

Baydenin "erməni soyqırımı" sözlərinə CAVAB

Baydenin
2022-04-25 , 07:26

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması ilə bağlı açıqlama yayıb.

Yenilik.az xəbər verir ki, açıqlamda deyilir: 
"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatlar etibarlı deyil. Buraya ABŞ prezidenti Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir. Biz bu kimi bəyanat və qərarları rədd edir, tarixi faktları siyasi motivlərlə təhrif edən və bu səhvdə israrlı olanları qınayırıq.
Tarixdən düşmənçilik çıxarmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli yanaşmalar mənəvi cəhətdən problemlidir və siyasi baxımdan zərərlidir. Humanitar və vicdanlı mövqe etnik və dini ayrı-seçkilikdən asılı olmayaraq, o dövrdə yaşanan bütün iztirabları xatırlamağı tələb edir. Türkiyə ermənilər də daxil olmaqla bütün Osmanlı əhalisinin əziyyətini hörmətlə yad edir. Biz bu ağrıdan siyasi material kimi istifadə etmək cəhdlərini rədd edirik.
Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrləri qərəzsiz, elmi və hüquqi prinsiplər çərçivəsində araşdırılmalı və ədalətli xatirəyə qovuşmalıdır. Türkiyə bu anlayışla Müştərək Tarix Komissiyasının yaradılmasını təklif edib və arxivlərini açdı.
Türkiyə öz bölgəsində və dünyada sülh və sabitliyin hökm sürməsi üçün çalışır və əməkdaşlıq ruhu ön plana çıxır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu anlaşmanın növbəti təzahürüdür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.