Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kim Çen İndən növbəti QƏRİBƏ QADAĞA

Kim Çen İndən növbəti QƏRİBƏ QADAĞA

Kim Çen İndən növbəti QƏRİBƏ QADAĞA
2022-05-07 , 19:18

Dünyanın ən qapalı ölkəsinin ən qalmaqallı lideri olan Kim Çen İn verdiyi qərarla yenidən gündəmə gəlib.

O, ölkədəki gənclərin qərb trendinə tabe olacağından ehtiyat edərək, onlara dar şalvar geyinməyi qadağan edib.
Belə ki, ölkədə fəal olan "Sosialist Vətənpərvər Gənclər Birliyi" hazırda 20-30 yaşlı gənclərin şalvarlarını yoxlayaraq, dar geyinənləri müəyyən edir. Bundan sonra həmin gənclər bir daha eyni cinayəti təkrarlamayacaqlarına dair sənəd imzalayırlar.
Qeyd edək ki, Şimali Koreyada boyalı saçlar, Qərb brendli köynək və gödəkçələr, fərqli saç düzümü, üz-dodaq və burun pirsinqləri də qadağandır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.