Yenilik.Az
www.Yenilik.Az » Dünya » Şimali Koreyada COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı

Şimali Koreyada COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı

Şimali Koreyada COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı
2022-05-19 , 14:30

Şimali Koreyada COVİD-19-a yoluxma sayı kəskin artıb.

 
Son nəticəyə əsasən yoluxma 262 min 270 artaraq 1 milyon 978 min 230-a yüksəlib, ölkədə COVİD-19-dan həyatını itirənlərin sayı 63-ə çatıb.
 
Şimali Koreya lideri Kim Çen Inın dövlətin COVİD-19 epidemiyasının öhdəsindən gələ bilməyəcəyini bildirməsindən sonra səhiyyə rəsmiləri hərəkətə keçib. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkədə dərman və tibbi ləvazimatların, o cümlədən dezinfeksiyaedici maddələrin və termometrlərin istehsalının artdığını açıqlayıb.

Ölkədə komendant saatı tətbiq edən Şimali Koreyanın ənənəvi dərman istehsalını artırmağa çalışdığı öyrənilib və sözügedən dərmanların xəstəliyin müalicəsində təsirli olduğu bildirilib.
 
Məlumata görə, Pxenyan və yaxın ərazilərdəki fabriklərin tibbi ləvazimatları ildırım sürəti ilə istehsal etdiyi və dezinfeksiya işlərinin intensivləşdiyi bildirilib. Həmçinin minlərlə ton duzun antiseptik məhlul istehsal etmək üçün Pxenyana göndərildiyini deyilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.