Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək

Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcək
2022-05-28 , 20:52

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən ölkə başçısı postu uğrunda mübarizə apara biləcəyini deyib.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən ABŞ Milli Tüfəng Assosiasiyasının konvensiyasında çıxış edən Tramp qeyd edib ki, 2020-ci ildə o, təmkinini qoruyub və demokratik qubernatorlara iğtişaşların hökm sürdüyü şəhərlərdə müstəqil şəkildə asayişi bərpa etməyə icazə verib, baxmayaraq ki, həmin şəhərlərdə – Minneapolis, Çikaqo, Portlenddə vəziyyət çox çətin idi.
"Əgər bunu bir daha təkrar etsəm, yəni prezidentliyə namizədliyimi irəli sürsəm və qalib gəlsəm, artıq bu qaydalara riayət etmək məcburiyyətində hiss etməyəcəm. İndiyədək heç kimin etmədiyi kimi zorakı cinayətlərin üzərinə çökəcəm", – deyə keçmiş prezident söz verib.
Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentlik uğrunda mübarizə aparmağa hazır olduğuna eyham vursa da, bu halda ona xüsusi vergi qaydalarının tətbiq olunacağına işarə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.