Lavrovun Azərbaycana səfər gündəliyi açıqlandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.
Onun sözlərinə görə, S.Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.
M.Zaxarova qeyd edib ki, xüsusi diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəldiləcək.
"Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının bütün kompleks məsələləri nəzərdən keçiriləcək", - deyə o bildirib.