Yenilik.Az
www.Yenilik.Az » Dünya » Fətullah Gülənin qardaşı qızı saxlanıldı

Fətullah Gülənin qardaşı qızı saxlanıldı

Fətullah Gülənin qardaşı qızı saxlanıldı
2022-06-23 , 17:36

Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan Fətullahçı terror təşkilatının (FETÖ) üzvlərini saxlayıb. Yenilik.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.Saxlanılanlar arasında təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var.

“Sərhəd bölmələrimiz tərəfindən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 10 nəfər saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, onlardan 5-i FETÖ terror təşkilatının üzvüdür. Onlar arasında terrorçuların rəhbəri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirakda ittiham edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.