Trampın birinci həyat yoldaşı vəfat etdi

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.
Həkimlər kömək üçün onun evinə gəlsələr də, qadını xilas edə bilməyiblər.
“İvana Tramp Nyu-Yorkdakı evində vəfat etdi. O, ilhamverici həyat sürən gözəl, inanılmaz qadın idi”, - Tramp ailəsi açıqlamasında bildirib.
Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Cütlüyün üç övladı var: Kiçik Donald, İvanka və Erik Tramp.
OXŞAR XƏBƏRLƏR