Yenilik.Az
www.Yenilik.Az » Dünya » Düşmənin 450 hərbçisi məhv edilib

Düşmənin 450 hərbçisi məhv edilib

Düşmənin 450 hərbçisi məhv edilib
2022-09-15 , 18:27

Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində iki ədəd "S-300 5N63” İYR radarı, üç ədəd "S-300 5P85” buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə iki ədəd "S-125 RTS-125” radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.
Həmçinin qarşı tərəfə məxsus bir ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 14 ədəd top və haubitsa, doqquz ədəd minaatan və altısı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla üç ədəd "KamAZ”, bir ədəd "Ural” və bir ədəd "UAZ-3962” markalı avtomobil və üç ədəd mühəndis texnikası, üç ədəd minaatan, bir ədəd "İqla-S” daşınan zenit-raket kompleksi, 35 ədəd müxtəlif çaplı atıcı silahlar, 20 ədəd əl qumbarası, iki ədəd optik cihaz, iki ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib. 
Qarşı tərəfin ümumilikdə 53 döyüş mövqeyi, iki minaatan atəş mövqeyi, səkkiz strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, iki ədəd "S-300” və iki ədəd "S-125” divizionlarının start mövqeləri darmadağın edilib.
Ümumilikdə düşmənin 450 nəfər canlı qüvvəsi məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.