Yenilik.Az
www.Yenilik.Az » Dünya » Baydendən Putinə sərt xəbərdarlıq: “Bunu etmə!“

Baydendən Putinə sərt xəbərdarlıq: “Bunu etmə!“

Baydendən Putinə sərt xəbərdarlıq: “Bunu etmə!“
2022-09-17 , 17:06

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadədən çəkinməsi üçün xəbərdarlıq edib.

Yenisabah.az-ın məlumatına görə, Bayden CBS telekanalına müsahibəsində Putini Ukraynada nüvə silahından istifadəyə görə hədələyib. Deyib ki, əks təqdirdə, bunun nəticələri Kreml üçün ağır olacaq.
Amerika liderinin sözlərinə görə, o, Putini bu addımla bağlı şəxsən xəbərdar edib.
"Bunu etmə! Nəticələri ağır olacaq. Yoxsa cavab verəcəksiniz!", - ABŞ prezidenti xəbərdarlğında qeyd edib.
Lakin Amerika lideri Rusiyaya cavabın nə olacağını açıqlamayıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.