Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peskovun oğlunu səfərbərliyə “çağırdılar” - Video

Peskovun oğlunu səfərbərliyə “çağırdılar” - Video

Peskovun oğlunu səfərbərliyə “çağırdılar” - Video
2022-09-22 , 13:25

Rusiyalı müxalifətçi Aleksey Navalnının tərəfdarları Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskova hərbi komissarlıq adından zəng edib, “xidmətə çağırıblar.”

Yeniavaz.com xəbər verir ki, zəng zamanı Dmitri Nizovtsev adlı şəxs Peskovu səhər saat 10-da həkim müayinəsinə çağırıb. Nikolay Peskov isə onun səfərbərliyə cəlb edilməsinin yanlış olduğunu bildirib:
“Mənim cənab Peskov olduğumu bilirsinizsə, orada olmağımın nə qədər səhv olduğunu başa düşməlisiniz. Bir sözlə, mən bununla başqa səviyyədə məşğul olacağam. Mən ümumiyyətlə nə baş verdiyini və hansı hüquqlarım olduğunu başa düşməliyəm. Vətəni müdafiə etməkdə heç bir problem yoxdur, amma mənim orda görünməyim məqsədəuyğun deyil”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.