Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyandan YENİ SSENARİ: Hücum ANONSUNU VERDİ

Paşinyandan YENİ SSENARİ: Hücum ANONSUNU VERDİ

Paşinyandan YENİ SSENARİ: Hücum ANONSUNU VERDİ
2022-09-23 , 15:16

“Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, Azərbaycandan yeni təcavüz təhlükəsi var. Bu, Şərq İqtisadi Forumunda etdiyi “alibi qazanmaq” gedişinin təkrarıdır”.


Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
 
O qeyd edib ki, hazırda paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla, hücumlar intensivləşir:

“Bu təxribatların məhz indi – Paşinyanın Nyu-Yorkda olduğu vaxt intensivləşməsi də “mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi” rəyinin dünyaya sırınmasına hesablanıb. Təxribatların daha da şiddətlənəcəyi istisna deyil”.

Ekspert əlavə edib ki, Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə “təcavüzkar” kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.