Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Pfizer” COVID peyvəndini satışa çıxarmazdan əvvəl sınaqdan keçirməyib

“Pfizer” COVID peyvəndini satışa çıxarmazdan əvvəl sınaqdan keçirməyib

“Pfizer” COVID peyvəndini satışa çıxarmazdan əvvəl sınaqdan keçirməyib
2022-10-13 , 12:16

Pfizer”in qlobal inkişaf etmiş bazarlar üzrə rəhbəri Canin Smoll şirkətin COVID peyvəndini bütün dünyaya yaymağa başladığı zaman onun koronavirusun ötürülməsinin qarşısını alıb-almadığını bilmədiklərini söyləyib.

O, Avropa İttifaqı Parlamentində verdiyi ifadə zamanı peyvəndin müvafiq sınaqlardan keçmədiyini bildirib.
Smoll bunu lazımi zamanın olmaması və pandemiya şəraitində cəld hərəkət etmək zərurəti ilə izah edib.
Avropa Parlamentinin niderlandlı üzvü Rob Roos “Pfizer”i peyvəndi yetərincə araşdırmamaqda ittiham edib. O, bildirib ki, dünyada milyonlarla insan virusa yoluxmamaqla yanaşı, hə də onu başqalarına ötürməmək üçün peyvənd vurdurmağa məcbur olub. Parlamentari bunun “ucuz yalan” olduğunun ortaya çıxdığını vurğulayaraq, əczaçılıq şirkətinin ifşa olunmasını tələb edib. /Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.