Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Belə davam etsə, depressiya virusdan daha çox can alacaq” - Tramp

“Belə davam etsə, depressiya virusdan daha çox can alacaq” - Tramp

“Belə davam etsə, depressiya virusdan daha çox can alacaq” - Tramp
2020-03-24 , 12:50

"Ölkədə vəziyyəti iqtisadi baxımdan normallaşdıra bilməsək, yaxında depressiyadan ölənlərin sayı, virusdan ölənlərin sayını keçəcək".


Yenisabah.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

"İnsanlar narahatlıq keçirirlər. İqtisadiyyatımız pis vəziyyətdə olarsa, bu insanların intiharı ilə nəticələnəcək. Depressiya nəticəsində baş verən intiharlar korona virusunu kölgədə qoya bilər", deyən prezident ABŞ iqtisadiyyatının stimullaşdırılması üçün 2 trilyon dollarlıq paket ayırmaq niyyətindədir.

Ancaq Demokrat Partiyası Trampın bu addımının yalnız böyük firmaları xilas etməyə hesablandığını, işçilərə və orta təbəqəyə sərf etmədiyini əsas gətirərək bu fikrə qarşı çıxır.

Xatırladaq ki, ABŞ-da 46 mindən çox koronavirus daşıyıcısı var. Virus səbəbilə həlak olanların sayı isə 587-yə çatıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.