Yenilik.Az
www.Yenilik.Az » Dünya » Donald Trampın 2019-cu ilə aid səsyazısı YAYILDI

Donald Trampın 2019-cu ilə aid səsyazısı YAYILDI

Donald Trampın 2019-cu ilə aid səsyazısı YAYILDI
2022-10-27 , 16:46

ABŞ-ın keçmiş prezidenti Donald Trampın səsyazısı ortaya çıxıb.

 
Sfera.az bildirir ki, sözügedən səsyazılarında Trampın əvvəllər heç vaxt görülməmiş silahlar hazırladığını iddia etdiyi eşidilib. "Mən bu ölkədə əvvəllər heç kimin malik olmadığı silah sistemləri hazırlamışam. Əvvəllər görmədiyiniz və eşitmədiyiniz şeylərə sahibik. Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin də  eşitmədiyi şeylər var", deyə sabiq Ağ Ev rəhbəri deyib.
 
Səs yazısında Trampın “nüvə silahı” deyərkən dayandığı və ifadəsini “silah sistemləri” ilə dəyişməsi də diqqət çəkib. Adıçəkilən silahların xüsusiyyətləri ilə bağlı heç bir məlumat paylaşılmayıb. Məlumata görə, səsyazısı 2019-cu il tarixinə aid olub.
 
Amerika Elm Adamları Federasiyasının qeyri-kommersiya təşkilatına bağlı Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen bildirib ki, səs qeydində Tramp “W76-2” kimi tanınan aşağı güclü nüvə başlığına istinad etmiş ola bilər.
 
Fransanın AFP xəbər agentliyinə danışan Kristensen ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin 2019-cu ilin yanvarında “W76-2” istehsalına başladıqlarını vurğulayıb. Nüvə fiziki Çeril Rofer isə Trampın bəhs etdiyi silahın Pentaqonun keçən il  ortaya çıxan “W93” nüvə silahının ola biləcəyini söyləyib.
 
Qeyd edək ki, Trampın səs yazısı ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post”un redaktor müavini Bob Vudvordun audiokitabı vasitəsilə yayımlanıb. Burada həmçinin jurnalistin keçmiş ABŞ prezidenti ilə müxtəlif mövzularda keçirdiyi 20 müsahibə də yer alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.