Yenilik.Az
www.Yenilik.Az » Dünya » NATO-nun Baş katibi Ərdoğana təşəkkür etdi

NATO-nun Baş katibi Ərdoğana təşəkkür etdi

NATO-nun Baş katibi Ərdoğana təşəkkür etdi
2022-11-04 , 08:36

"Mən Türkiyəyə, prezident Ərdoğana və xarici işlər naziri Çavuşoğluna taxıl sazişinin imzalanması və yenidən bərpa olunmasına görə təşəkkür edirəm."


Yenilik.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

Baş katib Türkiyə-nin NATO-nun çox vacib üzvü olduğunu və terrorla mübarizədə böyük işlər gördüyünü də xüsusi vuğulayıb, NATO-nun da öz növbəsində Türkiyənin təhlükəsizliyinə böyük dəstəkverdiyini əlavə edib.

Baş katib Stoltenberq qeyd edib ki, hazırda regionda baş verən hadisələr İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün nə qədər əhəmiyyətli olduğunu götərir. Stoltenberq eyni zamanda, hər iki ölkənin Türkiyənin tələblərini yerinə yetirəcəklərinə əminliyini də vurğulayıb: “Hesab edirəm ki, artıq İsveç və Finlandiyanın NATO-ya tamhüquqlu üzv olmasının, onlara "xoş gəlmisiniz" deməyin vaxtı çatıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.