Yenilik.Az
www.YENILIK.Az » Dünya » İranda sel fəlakət gətirdi — VİDEO

İranda sel fəlakət gətirdi — VİDEO

İranda sel fəlakət gətirdi — VİDEO
2020-03-26 , 17:16

İranda yağan leysan yağışlar güclü selə səbəb olub.

Bu barədə geocenter.info xəbər yayıb.
Məlumata görə, təbii fəlakət İranın Buşehr, Sistan, Bəlucistan, Qum, Gilan və Kirman şəhərlərinə ciddi zərər vurub. Körpülər və yollar dağılıb, maşınlar yararsız hala düşüb.
Şəhər və kənd təsərrüfatına ciddi ziyan dəyib. Qurbanlar, zərərçəkənlər və itkin düşənlərin sayı hələ açıqlanmayıb.
Daşqından zərər çəkmiş bölgələrdə xilasetmə işləri aparılır. (Oxu.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.