Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ərdoğan YAP-ı 30 illik yubileyi münasibətilə təbrik etdi

Ərdoğan YAP-ı 30 illik yubileyi münasibətilə təbrik etdi

Ərdoğan YAP-ı 30 illik yubileyi münasibətilə təbrik etdi
2022-11-21 , 14:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb.

Yenilik.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın təbrik məktubunu Heydər Əliyev Mərkəzində YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuş səsləndirib.
Ərdoğan öz məktubunda dövlət başçısı İlham Əliyevi, YAP üzvlərini və Azərbaycan xalqını təbrik edib və bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu partiya ilk gündən etibarən böyük xidmətlər göstərib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.