Yenilik.Az
www.Yenilik.Az » Dünya » Bayden 80 yaşını belə qeyd etdi - Foto

Bayden 80 yaşını belə qeyd etdi - Foto

Bayden 80 yaşını belə qeyd etdi - Foto
2022-11-21 , 17:35

ABŞ prezidenti Co Bayden ötən gün 80 illik yubileyini qeyd edib.

Yenilik.az xarici mediaya istinadən xəbər verir ki, Bayden öz doğum gününü Ağ Evdə səhər yeməyi zamanı ailəsinin əhatəsində qeyd edib.Co Bayden ABŞ tarixində ən yaşlı prezidentdir. O, 74 yaşınadək bu postda olmuş sələfi Donald Trampdan təxminən 4 yaş böyükdür.
Baydenin yaşı onun siyasi opponentləri tərəfindən tənqid obyekti olmasına baxmayaraq, o, ABŞ rəhbərliyində heç də ən qoca dövlət qulluqçusu deyil. Hər iki partiyadan Konqresə üzv seçilənlər arasında Baydendən də yaşlılara rast gəlmək olar. Xatırladaq ki, Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir. O, hər kəsin bunu istədiyini hesab edir. ABŞ lideri bu barədə yekun qərarını 2023-cü ilin əvvəlində verəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.