Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran buna görə DÇ tarixinə düşdü

İran buna görə DÇ tarixinə düşdü

İran buna görə DÇ tarixinə düşdü
2022-11-22 , 14:25

İran millisi dünya çempionatlarının final mərhələsində 6 əvəzetmə edən ilk komanda kimi tarixə düşüb.

Yenilik.az xəbər verir ki, qrup mərhələsinin ilk görüşündə İngiltərəyə uduzan asiyalılar 77-ci dəqiqədə Əhməd Nurullahi – Sərdar Azmun əvəzetməsi ilə buna nail olub.
İndiyə qədər heç zaman DÇ-nin qrup mərhələlərində 6 əvəzetməli matç olmayıb.
6-cı əvəzetməyə icazə verilməsinə səbəb isə İran yığmasının qapıçısı Əlirza Beyrənvandın matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etməsi olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.