Yenilik.Az
www.Yenilik.Az » Dünya » İspaniyada ölənlərin sayı artdı - Həkimlər xəstələrə baxmağı dayandırdı - VİDEO +18

İspaniyada ölənlərin sayı artdı - Həkimlər xəstələrə baxmağı dayandırdı - VİDEO +18

İspaniyada ölənlərin sayı artdı - Həkimlər xəstələrə baxmağı dayandırdı - VİDEO +18
2020-03-29 , 12:22

Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.


KONKRET.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.

Elə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında Yer üzündə bir gün ərzində virusa yoluxanların daha 60 min nəfər artdığı bildirilir. Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı isə 26,5 minə çatıb.

Hətta bəzi təşkilatlar bu rəqəmlərin fərqli olduğunu, dünyada 600 mindən çox insanın COVID-19 infeksiyasının daşıyıcısı olduğunu, virusdan ölənlərin sayının isə 30 min nəfəri ötdüyünü iddia edirlər.

Bu arada xarici media ölkədən şok kadrlar yayımlayıb. Yayılan videoda xəstəxanalrın dolduğu,insanların yerdə yatdığı əks olunub.

NTV telekanlı bildirib ki, İspaniyada həkimlər artıq xəstələrə baxmağı dayandırıb. Onlar yalnız gənclərə diqqət edir.Televiziya qeyd edib ki, qocalar evində kütləvi şəkildə insanların meyiti tapılıb. Sığınacağın əməkdaşları koronovirusdan qorxub qaçdığı üçün yaşlı insanlar koronovirusa yoluxalaraq ölüb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb./oxu24

[frame=https://player.bax.tv/97614.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.