Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tokayevin andiçmə mərasimi keçirildi

Tokayevin andiçmə mərasimi keçirildi

Tokayevin andiçmə mərasimi keçirildi
2022-11-26 , 13:26

Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astanada rəsmi andiçmə mərasimi keçirilib.

Yenilik.az verir ki, Kasım-Jomart Tokayev təntənəli surətdə xalqa sədaqət andı içib.
Tokayev andiçmə mərasimində çıxış edərək deyib.
“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verməyə, Qazaxıstan Respublikası Prezidentinin mənə həvalə edilmiş yüksək vəzifələrini vicdanla yerinə yetirməyə təntənəli and içirəm”. dövlət başçısı bildirib.
Prezidentin andiçmə mərasiminin şərəfinə dövlət himni səsləndirilib. Tədbir zamanı Mərkəzi Seçki Komissiyasının sədri yeni seçilmiş Qasım-Jomart Tokayevə Qazaxıstan Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.


Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkiləri keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.