“Azərbaycan-Ermənistan münaqişəsinin həlli bir zərurətdir”

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli həm Ermənistan, həm də bütövlükdə bütün Cənubi Qafqaz üçün dinc gələcəyə yönəlmiş zərurətdir”.
Dinləmələr zamanı diplomat ABŞ-ın davamlı sülh yolu ilə həllinə nail olmaq üçün hər iki tərəfə dəstəyini davam etdirəcəyinə söz verib.
Namizəd çıxışında erməni diasporunun ən böyük icmalarından birinin məskunlaşdığı Kaliforniya ştatının Fresno şəhərində böyüdüyünü sözlərinə əlavə edib.
Kvinn, həmçinin bəyan edib ki, o, təsdiq olunarsa, erməni soyqırımının qurbanlarını daim xatırlatmaq və Ermənistanın sülhsevər gələcəyini dəstəkləmək üçün əlindən gələni etmək əzmində olacaq:
“Bu məqsədlə mən artıq bir neçə addım atmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı müzakirələrin davam etdirilməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm”.