Yenilik.Az
www.Yenilik.Az » Dünya » Toyda 5, yasda 10 nəfər iştirak edəcək - Avstraliyada

Toyda 5, yasda 10 nəfər iştirak edəcək - Avstraliyada

Toyda 5, yasda 10  nəfər iştirak edəcək - Avstraliyada
2020-03-30 , 11:35

Toyda 5, yasda 10 nəfər iştirak edəcək - Avstraliyada

Covid-19 Avstraliyada da yayılmağa başlayıb. Bu ölkədə virusdan 17 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, Baş nazir Skott Morrison virusla mübarizə çərçivəsində qüvvəyə minəcək qərarları açıqlayıb. Morrison avstraliyalılara tibbi və ərzaq ehtiyaclarını qarşılamaq, iş və məktəbə getmək istisna olmaqla evdə qalmalarını tövsiyə edib. Yeni qərara görə, açıq və qapalı məkanlarda iki nəfərdən çox insanın bir yerə toplaşması qadağan edilib. Toylarda 5, yas mərasimlərində isə maksimum 10 nəfər bir araya gələ bilər. Qaydalara əməl etməyənlər hər əyalətdə fərqli şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, Avstraliyada daha əvvəl idman zalları,muzeylər, ibadət yerləri və barların fəaliyyəti dayandırılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.