Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiya PUA-lar müqabilində İrana Su-35 qırıcıları verəcək

Rusiya PUA-lar müqabilində İrana Su-35 qırıcıları verəcək

Rusiya PUA-lar müqabilində İrana Su-35 qırıcıları verəcək
2022-12-25 , 17:50

Rusiya “Şahed” kamikadze pilotsuz uçuş aparatları müqabilində tezliklə İrana 24 ədəd Su-35 döyüş təyyarəsi verə bilər.

Bu barədə İsrail televiziyasının 12-ci kanalına istinadən məlumat yayılıb. Telekanalın Moskva və Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinə görə, söhbət əvvəlcə Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir.
Bildirilir ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, ruslar isə təyyarələr üçün alıcı axtarmağa başlayıb. İran Rusiyaya PUA-lar tədarük etməyə başlayandan sonra həmin təyyarələrin məhz İslam Respublikasına satmaq qərara alınıb.
Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni qırıcılardakı təlimi tam sürətlə davam edir.
Məlumatda qeyd edilir ki, Rusiyanın İranla artan hərbi əməkdaşlığın Qüdsü Ukraynaya silah tədarük etməyə sövq edə bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.