Yenilik.Az
www.Yenilik.Az » Dünya » Daha bir epidemiya yayılır – ÜST-dən AÇIQLAMA

Daha bir epidemiya yayılır – ÜST-dən AÇIQLAMA

Daha bir epidemiya yayılır – ÜST-dən AÇIQLAMA
2020-04-02 , 12:41

Qərbi Afrika ölkəsi Nigeriyada vəba epidemiyası yayılır.


Artıq bu səbəbdən ölkənin cənub-şərqində 21 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebonyi üzrə koordinatoru Eyo Nora mətbuata verdiyi açıqlamada əyalətdə 155 yoluxma faktının təsdiqləndiyini deyib. O, xəstəliyin rast gəlindiyi bölgələrə tibbi ləvazimatlar və dərmanlar göndərildiyini əlavə edib.

Xalqın epidemiyaya görə təşvişə düşdüyünü ifadə edən Nora simptomlar ortaya çıxanda insanların xəstəxanalara müraciət etməsini tövsiyə verib.
O bildirib ki, vəba təmiz su və gigiyena çatışmazlığından yayılmağa başlayıb.

Nigeriyada təmiz su ehtiyacının qarşılanmaması və tibbi müdaxilənin zamanında, effektiv şəkildə edilməməsi epidemiya və ölüm riskini artırır. Ölkədə uşaq iflici, ishal, meymunçiçək virusu, qızdırma, tifo kimi xəstəliklərə addımbaşı rast gəlinir.

Qeyd edək ki, hazırda dünyada koronavirus pandemiyası tüğyan edir. Son rəqəmlərə görə, 936 min 170 nəfər Kovid-19-a yoluxub. 47 min 249 nəfər dünyasını dəyişib. 194 min 578-i sağalıb.Publika

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.