Yenilik.Az
www.Yenilik.Az » Dünya » Cennifer Lopez karantin rejimini pozdu – Paparazzilərə yaxalandı

Cennifer Lopez karantin rejimini pozdu – Paparazzilərə yaxalandı

Cennifer Lopez karantin rejimini pozdu – Paparazzilərə yaxalandı
2020-04-02 , 15:46

Sosial şəbəkələrdə insanlara "Evdə qal" çağırışı edən Ceniffer Lopez karantin qaydalarını pozub.


Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu Mayamidəki idman zalını özəl olaraq açdırıb. Sevgilisi Aleks Rodriguezlə birgə zalda məşq edən CeyLo zalın axra qapısından çıxarkən paparazzilərə yaxalanıb.

Görüntülərdən cütlüyün karantin qaydalarına birinə riayət etmədiyi açıq-aşkar görünür. Mühafizəçiləri ilə birgə zaldan gizli çıxan pop ulduzun bu hərəkəti pərəstişkarları tərəfindən sərt tənqid edilib.

Qeyd edək ki, Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı insanların məsuliyyətsizliyi üzündən bir milyona yaxınlaşır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.