Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ruhanidən ŞOK AÇIQLAMA: koronavirus bu tarixə qədər qalacaq...

Ruhanidən ŞOK AÇIQLAMA: koronavirus bu tarixə qədər qalacaq...

Ruhanidən ŞOK AÇIQLAMA: koronavirus bu tarixə qədər qalacaq...
2020-04-02 , 15:55

publika.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani açıqlamasında “Koronavirus ilin sonuna qədər bizimlə qala bilər” deyib.

İran Dövlət Televiziyasının xəbərinə görə, paytaxt Tehranda təşkil edilən Koronavirusla Milli Mübarizə Komissiyasının brifinqində çıxış edən Ruhani pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin də ilin sonuna qədər qüvvədə qalacağını diqqətə çatdırıb.
Görülən tədbirlər və sosial məsafə xəbərdarlıqlarına uyğun hərəkət edən İran xalqına təşəkkürünü çatdıran prezident virusun nə zaman tamamilə bitəcəyini bilmədiklərini deyib.
Qeyd edək ki, İranda Hicri-qəməri təqviminə görə, ilin sonu Miladi təqvimin 20 martına təsadüf edir.
Son rəqəmlərə görə, İranda 50 min 468 nəfər koronavirusa yoluxub. 3 min 160 nəfər ölüb, 15 min 473-ü sağalıb. 3 min 871 nəfərin vəziyyəti ağırdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.