Yenilik.Az
www.Yenilik.Az » Dünya » Aprelin 4-ü pandemiya qurbanlarına görə matəm günü elan olundu

Aprelin 4-ü pandemiya qurbanlarına görə matəm günü elan olundu

Aprelin 4-ü pandemiya qurbanlarına görə matəm günü elan olundu
2020-04-03 , 09:26

ÇXR Dövlət Şurası yeni növ koronavirus pandemiyasının yayılması nəticəsində ölən insanlara və onları xilas edərkən həyatını qurban verən həkimlərə görə aprelin 4-də ölkədə ümummilli matəm günü kimi qeyd olunması barədə qərar verib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qərara əsasən, şənbə günü ölkədə və diplomatik missiyaların ərazisində bütün bayraqlar yendirilməlidir. Bütün əyləncəli ictimai tədbirləri ləğv ediləcək. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 06:00-da) Çində ölən bütün virus qurbanlarının xatirəsi üç dəqiqəlik sükutla yad ediləcək. Rəsmi statistikaya görə, ÇXR-in materik hissəsində koronavirusa yoluxanların sayı ümumilikdə 81,5 mindən çoxdur, 3,3 mindən insan isə bu virusun qurbanı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.