Yenilik.Az
www.Yenilik.Az » Dünya » Merkel karantindən çıxdı

Merkel karantindən çıxdı

Merkel karantindən çıxdı
2020-04-03 , 17:41

Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.
Bundan əvvəl A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.
Xatırladaq ki, kansler ona pnevmokok əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə qapanmağa qərar vermişdi. O, evindən işləyir və video əlaqələr qururdu.(report.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.