Yenilik.Az
www.Yenilik.Az » Dünya » Trampla Ərdoğan arasında telefon danışığı olub

Trampla Ərdoğan arasında telefon danışığı olub

Trampla Ərdoğan arasında telefon danışığı olub
2020-01-03 , 15:01

ABŞ və Türkiyə Prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı baş tutub.


“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli əlaqələr də daxil olmaqla Liviya və Suriyadakı son vəziyyəti və regional məsələləri müzakirə ediblər.

Ərdoğan İraqdakı Amerika təhlükəsizlik bölmələrini hədəf alan etiraz aksiyalarını narahatlıq və kədərlə izlədiyini, ABŞ səfirliyinə edilən hücumların bitməsindən məmnunluğunu ifadə edib.

Hər iki lider regional məsələlərin həllində diplomatiyanın əhəmiyyətini vurğulayaraq ikitərəfli münasibətlərdə birlikdə qazanmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.