Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi

İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi

İranda hökumət qüvvələrinin açdığı güllə idmançını gözündən etdi
2023-01-24 , 13:00

İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib.

Yenilik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında bildirilir.
Kirmanşah şəhərinin Tağbostan bulvarında güllə yarası alan Mehbanu Xoşnudi Kia sol gözündən məhrum olub.
27 yaşlı Mehbanu (Kövsər) Xoşnudi Kia İranın oxatma üzrə qadınlardan ibarət yığma komandasının üzvüdür və 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yerə çıxıb.
Qeyd edək ki, son bir neçə ayda İranın hökumət qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə dəfələrlə və məqsədyönlü şəkildə ov tüfəngi və peyntbollarla onların üz nahiyəsinə atəş açıblar. Bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar və qeyri-insani metodunun qurbanına çevrilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.