Ərdoğan: “Xalq həm namizədliyimi irəli sürəcək, həm də məni seçəcək”

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacağı mesajını verib.
“Altılı Masa (müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı”- red.) nə deyir? Məndən namizəd olmaz deyir. Sizə rəğmən xalqım həm prezidentliyə namizədliyimi irəli sürəcək, həm də məni yenə prezident seçəcək”.
Qeyd edək ki, müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı” son toplantısında Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyini qəbul etməyəcəyini bildirib. Hüquqşünaslar bununla bağlı Türkiyədə Konstitusiyanın 101-ci maddəsini əsas gətirirlər.
Ərdoğan rəqiblərinə "Türkiyə 2018-ci il seçkiləri ilə yeni sistemə keçib, yəni, xronometraj sıfırlandı. 2018-ci ildə seçilən dövlət başçısı yeni sistemin ilk prezidentidir", - cavabını verib.
OXŞAR XƏBƏRLƏR