Yenilik.Az
www.Yenilik.Az » Dünya » Meyitlərin parklarda dəfni təklif edilir

Meyitlərin parklarda dəfni təklif edilir

Meyitlərin parklarda dəfni təklif edilir
2020-04-07 , 16:59

ABŞ-ın Nyu-York şəhərində koronavirusdan ölən şəxslərin meyitlərinin müvəqqəti olaraq isirahət parklarında basdırılması təklif edilir.


“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Nyu-York məclisi Səhiyyə komissiyasının sədri Mark Levin “Twitter” hesabında bu barədə paylaşım edib.

Bildirilib ki, Nyu-Yorkda koronavirusdan ölənlərin sayı hər gün artır. Meyitlərin basdırılması üçün yer tapa bilməyən rəsmilər ölənlərin on-on qrup şəklində parklarda müvəqqəti dəfnini təklif edirlər.

Xatırladaq ki, ABŞ-da 367 min yoluxma faktı qeydə alınıb. 11 min insan koronavirusdan ölüb. İnfeksiyanın mərkəzi Nyu-Yorkda 4 mindən çox insan pandemiyanın qurbanı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.