Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranda daha 11 millət vəkili koronavirusa yoluxdu

İranda daha 11 millət vəkili koronavirusa yoluxdu

İranda daha 11 millət vəkili koronavirusa yoluxdu
2020-04-07 , 17:04

İranda 11 millət vəkilinin koronavirus testi müsbət nəticə verib.

Bu barədə ILNA ölkə parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Reza Tabeşə istinadla xəbər yayıb.
O, bütün millət vəkillərinin və parlament əməkdaşlarının COVID-19 testindən keçirildiyini vurğulayıb.Bildirildiyinə görə, nəticələr hələlik tam açıqlanmayıb. Ancaq daha 50 millət vəkilinin testinin müsbət çıxacağı ehtimal olunur.
Qeyd edək ki, bundan əvvəl parlamentin 23 deputatında koronavirus aşkarlanmışdı.
Ümumilikdə, İranda koronavirusa 62 589 yoluxma faktı qeydə alınıb. Xəstələrdən 3 872 nəfəri həyatını itirib, 27 039 nəfəri isə sağalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.