Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi

Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi

Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi
2023-02-06 , 08:31

Suriyada, Livanda və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Yenilik.az-ın məlumatına görə Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Ölkədə ən azı 42 nəfər ölüb, 200-dən çox yaralı var.
Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.
Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.
Dəməşqdə, eləcə də Livanın Tripoli və Beyrut şəhərlərində zəlzələ səbəbindən küçələrə axışan insanlar binaların yaxında parklanmış maşınlarını ərazidən uzaqlaşdırmağa çalışırlar.  
Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.