Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə zəlzələ binanı dağıtdı - Video

Türkiyədə zəlzələ binanı dağıtdı - Video

Türkiyədə zəlzələ binanı dağıtdı - Video
2023-02-06 , 08:54

Türkiyənin Kahramanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub.

Böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə təlimlərinə başlanılıb. Qaziantepdə dağılmış binada vətəndaşların qruplara kömək etdiyi axtarış-xilasetmə əməliyyatı zamanı binada ikinci çökmə baş verib. Həmin anlar saniyəbəsaniyə kameralarda qeyd olunub.Digər bölgələrdə də hiss olunan zəlzələ nəticəsində ölən və yaralıların sayı artmağa davam edir.
Yenilik.az xəbər verir ki, zəlzələnin baş vermə anı kameralara əks olunub.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.