Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı
2023-02-06 , 10:06

Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra 60-dan çox əlavə təkan qeydə alınıb.

Yenilik.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasından məlum olur.
Bildirilir ki, təkanların ən böyüyü 6,6 bal gücündə olmaqla, ümumilikdə 66 afterşok baş verib.
“Kahramanmaraşın Pazarcık mahalında mərkəzləşən 7,4 bal gücündə zəlzələdən sonra bu an etibarilə bölgədə 6 baldan yuxarı üç, 5 baldan yuxarı 14 və 4 baldan yuxarı 34 təkan qeydə alınıb.
Qeyd edək ki, Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb, 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.