Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə daha bir güclü zəlzələ olub

Türkiyədə daha bir güclü zəlzələ olub

Türkiyədə daha bir güclü zəlzələ olub
2023-02-06 , 21:06

Türkiyədə növbəti dəfə zəlzələ olub. 

Yenilik.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, gün ərzində üçüncü dəfə güclü yeraltı təkanlar hiss edilib. 
Zəlzələ Kahramanmaraşda 5.1, Hatayda isə 4.8 bal gücündə qeydə alınıb. 
Əlavə dağıntıların olub-olmaması barədə məlumat verilməyib. 
Qeyd edək ki, ötən gecə baş verən 7.8 maqnitudalı zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb.
Son məlumatlara görə, 1498 nəfər ölüb, xəsarət alanların sayı isə 8533-ə çatıb.
Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.