Yenilik.Az
www.Yenilik.Az » Dünya » Uhanda karantin rejimi ləğv edildi

Uhanda karantin rejimi ləğv edildi

Uhanda karantin rejimi ləğv edildi
2020-04-08 , 12:29

Koronavirusun ilk yayılmağa başladığı Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.


Yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.

Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.

Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.