Yenilik.Az
www.Yenilik.Az » Dünya » Hillari Klinton bu universitetin rektoru təyin olundu

Hillari Klinton bu universitetin rektoru təyin olundu

Hillari Klinton bu universitetin rektoru təyin olundu
2020-01-03 , 16:51

ABŞ-ın keçmiş Dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru təyin olunub.



Klinton 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək.


Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan H. Klinton universitetin ilk qadın rektoru olacaq.


O, universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.


Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.(report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.