Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə zəlzələ baş verən ərazinin tullantılardan təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər

Türkiyədə zəlzələ baş verən ərazinin tullantılardan təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər

Türkiyədə zəlzələ baş verən ərazinin tullantılardan təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər
2023-02-17 , 14:24

Türkiyədə baş verən son zəlzələdən sonra dağıntıların baş verdiyi ərazidən 100 milyon tona yaxın tullantı çıxarılacaq.

Yenilik.az xəbər verir ki, bu açıqlama ilə zəlzələ bölgəsində zərərin qiymətləndirilməsi işləri aparan komissiya çıxış edib.
Qeyd olunur ki, hazırda dağıntıların yığışdırılmasına və ərazinin təmizlənməsinə 480 şirkət cəlb olunub.
Mütəxəssislər nəzərə çatdırıb ki, söküntü işləri ənənəvi üsullarla aparılarsa ərazilərin təmizlənməsi azı iki ilə qədər vaxt apara bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.