Yenilik.Az
www.Yenilik.Az » Dünya » Türkiyədə dəniz səviyyəsi qalxdı

Türkiyədə dəniz səviyyəsi qalxdı

Türkiyədə dəniz səviyyəsi qalxdı
2023-02-20 , 22:17

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsindəki vətəndaşlara dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı sahil zolağından uzaq olmaları barədə xəbərdarlıq edib.

Yenilik.az xəbər verir ki, AFAD sosial media hesabında həmin xəbərdarlığı əhaliyə çatdırıb:
“Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra əlaqədar qruplarımız həyəcan vəziyyətindədir və gələn xəbərlərə operativ reaksiya verir. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”.
Həmçinin, Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı da edib.
Bundan başqa Mersin valiliyi də xəbərdalıq edib. Onlar Mersin sakinlərinin dəniz sahilindən kənarda durmasını xahiş edib.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.