Türkiyədə gün ərzində ikinci güclü zəlzələ: Ölən və yaralananlar var - YENİLƏNİB

Malatyada baş verən 5,6 maqnitudalı zəlzələ zamanı 1 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Türkiyənin vitse-prezidenti Fuat Oktay baş verənlərlə əlaqədar təbii fəlakətdən zərər çəkən bütün sakinlərə şəfa diləyib.
O, həmçinin sakinlərdən zədəli binalardan uzaq durmalarını istəyib və bildirib ki, xilasetmə heyəti axtarışları davam etdirir.
Türkiyənin milli təhsil naziri Mahmut Özer isə deyib ki, zəlzələ zamanı azı 22 bina dağılıb.
OXŞAR XƏBƏRLƏR