Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiyadan şok qərar – Belarusun neft təchizatı dayandırıldı

Rusiyadan şok qərar – Belarusun neft təchizatı dayandırıldı

Rusiyadan şok qərar – Belarusun neft təchizatı dayandırıldı
2020-01-05 , 14:08

Rusiya tariflər məsələsində yaranmış mübahislərə görə Belarusun neft təchizatını dayandırıb. Bu barədə məlumatı Belarusun Novopalatsk şəhərindəki neftayırma zavodunun rəsmiləri veriblər.


Onlar mediaya bildiriblər ki, neft verilişi yanvarın 1-dən dayandırılıb və zavod hazırda bu tarixədək daxil olmuş neftin emalı ilə məşğuldur.

Belarus Rusiyanın bu ölkənin daha dərin inteqrasiyası tələbinə görə bir müddət idi ki, Moskva ilə fikir ixtilafında idi.

Rusiya prezidenti Vladimir Putin Belarus başçısı Aleksandr Lukaşenkodan iki ölkənin birləşməsi istiqamətində daha qətiyyətli addımlar tələb edirdi.

İki ölkə Belarusa Rusiyadan qaz verilməsinin dərhal dayandırılmasının qarşısını almaq məqsədilə dekabrın 31-də iki aylıq razılaşma əldə ediblər.

Bu müddətdə Rusiya Belarusa qazı köhnə qiymətlərlə verəcək. Rusiyanın Avropaya enerji nəqli üçün əsas tranzitlərdən biri olan Belarus Moskvadan tam enerji asılılığındadır. Moskva və Minsk 1999-cu ildə ittifaq dövlətinin yaradılmasına dair müqavilə imzalayıblar, lakin bu razılaşma həmin vaxtdan bəri əsasən kağız üzərində qalıb.

Prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko arasında ötən ilin sonlarında keçirilmiş danışıqlar nəticəsiz qalıb, çünki Belarus bu ittifaqda Rusiya ilə bərabər hüquqlar tələb edir.

Dekabr ayında Belarusda başlanmış etiraz aksiyalarında Lukaşenko və Putin arasında danışıqların məxfiliyi pislənirdi.


Azpolitika.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.