Yenilik.Az
www.Yenilik.Az » Dünya » Dollar bahalaşdı

Dollar bahalaşdı

Dollar bahalaşdı
2020-04-23 , 11:51

Çərşənbə günü ABŞ dolları türk lirəsinə qarşı bahalaşmağa davam edib. 1 dolların lirəyə qarşı məzənnəsi 7,0077 lirəyə çatıb ki, bu da 2018-ci ilin avqust ayından bəri ən yüksək göstəricidir.


Yenilik.az-ın verdiyi xəbərə görə, 1 dollar 7 lirə səviyyəsində qala bilməyib və sürətlə geriləyərək 6,9950 lirəyə enib.

Bu gün dollar 6,98 lirəyə bərabər olub və səhər saatlarında bu səviyyədə dövr edib.

Xatırladaq ki, lirə 2020-ci ilin əvvəlindən indiyədək dollar qarşısında 15% ucuzlaşıb. USD/TRY tarixinin ən yüksək səviyyəsi isə 7,2362 ilə 2018-ci ildə qeydə alınıb. APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.