Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp qadağanedici fərman imzaladı: ABŞ-a getmək mümkün olmayacaq

Tramp qadağanedici fərman imzaladı: ABŞ-a getmək mümkün olmayacaq

Tramp qadağanedici fərman imzaladı: ABŞ-a getmək mümkün olmayacaq
2020-04-23 , 11:54

ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasının iqtisadiyyata mənfi təsiri ilə əlaqədar bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın müvəqqəti qadağan edilməsini nəzərdə tutan fərman imzalayıb.




Pravda.az-ın xəbərinə görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Amerikalı işçilərin maraqlarını qorumaq üçün ABŞ-a müvəqqəti olaraq mühacirəti dayandıran fərman imzaladım. Bu, iqtisadiyyatın bərpasından sonra ilk növbədə işsiz vətəndaşlarımızın işlə təmin olunmasına xidmət edəcək. Bu, həmçinin amerikalılar üçün səhiyyə resurslarını da qoruyacaq. Xəstələrimizə, işçilərimizə qayğı göstərməliyik, buna görə də bunu etdik”, - deyə Tramp qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.