Yenilik.Az
www.Yenilik.Az » Dünya » Karantin rejiminin müddəti yenidən artırıldı

Karantin rejiminin müddəti yenidən artırıldı

Karantin rejiminin müddəti yenidən artırıldı
2020-04-26 , 11:30

Argentinada COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış karantin rejiminin müddəti mayın 10-na kimi uzadılıb.


Yenilik.az-ın xəbərinə görə, bu barədə prezident Alberto Fernandezin mətbuat xidməti məlumat yayıb.


Dövlət başçısı deyib ki, 500 mindən çox insanın yaşadığı böyük şəhərlərdə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərdə heç bir dəyişiklik olmayacaq.


"Digər ərazilərdə güzəştlər tətbiq edilə bilər. Amma hər şey yerli hakimiyyətin qərarından asılı olacaq” deyə, Alberto Fernandez bildirib.


Şəhər sakinlərinə bir saat ərzində evdən 500 metr məsafədə çölə çıxmasına icazə verilir. Uşaqlar isə böyüklərin müşayiəti ilə evi tərk edə bilər. Sərhədlər yenə də xarici ölkə vətəndaşları üçün bağlıdır. (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.