Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp Səhiyyə nazirini istefaya göndərir - İddia

Tramp Səhiyyə nazirini istefaya göndərir - İddia

Tramp Səhiyyə nazirini istefaya göndərir - İddia
2020-04-26 , 17:20

ABŞ-da koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər səmərə vermir. Bu günə kimi ölkədə 50 mindən çox insan koronavirusdan dünyasını dəyişib.


Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirus qurbanlarının sayının artması ABŞ Prezidenti Donald Trampı daha sərt qəraralar qəbul etməyə vadar edib.

“Ağ Ev”dən yerli mətbuata sızan məlumata görə, Tramp ölkənin Səhiyyə naziri Aleks Azarı vəzifədən çıxarmağa hazırlaşır. ABŞ administrasiyasında hesab edirlər ki, ölkədə koronavirus qurbanlarının sayının artması həm də Səhiyyə nazirinin yarıtmaz fəaliyyətinin nəticəsidir.

Müşahidəçilərin fikrincə, Tramp Aleks Azarı istefaya göndərməklə əhalinin artan qəzəbini soyudacağını düşünür.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.