Yenilik.Az
www.YENILIK.Az » Dünya » DÜNYA ŞOKDA: ABŞ-a daha bir hücum - Müharibə alovlanır...

DÜNYA ŞOKDA: ABŞ-a daha bir hücum - Müharibə alovlanır...

DÜNYA ŞOKDA: ABŞ-a daha bir hücum - Müharibə alovlanır...
2020-01-08 , 14:58

Xəbər verdiyimiz kimi, ötən gecə İran ordusu ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi endirib. İranın dövlət televiziyası 80 amerikalı əsgərin öldüyünü açıqlayıb.


Redaktor.az xəbər verir ki, İraqdakı “Haşdi Şabi” qruplaşması da ABŞ-a hücum edəcəklərini açıqlayıb. Lakin hücumun nə zaman ediləcəyi, hədəflər haqda məlumat verilməyib.

İranın dini lideri Seyyid Əli Xamenei isə ötən gün gerçəkləşdirlən hücumla bağlı açıqlama verib:

"ABŞ istəyir ki, İraqı Səudiyyə Ərəbistanı rejiminə çevirsin. Biz amerikalıların üzünə sillə ilişdirdik”.

Qeyd edək ki, ABŞ raket hücumları nəticəsində amerikalı əsgərlər arasında tələfat olmadığını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.