Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Trampın bunu necə edəcəyi ilə bağlı təsəvvürümüz yoxdur” - Kreml

“Trampın bunu necə edəcəyi ilə bağlı təsəvvürümüz yoxdur” - Kreml

“Trampın bunu necə edəcəyi ilə bağlı təsəvvürümüz yoxdur” - Kreml
2024-01-22 , 15:45

“ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Ukraynadakı münaqişəni necə həll etmək niyyətində olmasına dair təsəvvürümüz yoxdur”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 
Onun sözlərinə görə, rusiyalı diplomatlar bu məsələ ilə bağlı Trampla təmasda olmayıb: “Bunun necə həyata keçə biləcəyinə dair təsəvvürümüz yoxdur. Bu məsələ ilə bağlı heç bir təmas olmayıb”. 
Xatırladaq ki, D.Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən Rusiya-Ukrayna münaqişəsinin başa çatmasına dair şərtləri açıqlayıb. O bildirib ki, prezident seçiləcəyi təqdirdə, Ukraynada hərbi əməliyyatları öz inauqurasiyasına qədər dayandıra bilər. O, buna əsas səbəb olaraq Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski ilə yaxşı tanış olmasını göstərib. Qeyd edək ki, Tramp daha əvvəl də prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə açıqlamalar verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.